"20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir" adlı şeir müsabiqəsi keçirilib

"20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir" adlı şeir müsabiqəsi keçirilib Müsabiqəni Bakı Mədəniyyət və Turizm İdarəsi təşkil edib
İncəsənət
18 Yanvar , 2016 20:10
20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir adlı şeir müsabiqəsi keçirilib

Bakı. 18 yanvar. REPORT.AZ/ Bu gün Bakı Mədəniyyət və Turizm İdarəsinin Q.Abbasov adına Mədəniyyət Sarayı Suraxanı rayon Gənclər və İdman İdarəsi ilə birgə 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünə həsr olunmuş "20 yanvar xalqımızın qəhrəmanlıq səlnaməsidir" adlı şeir müsabiqəsi keçirib.

"Report" xəbər verir ki, Suraxanı rayon məktəbliləri və Q.Abbasov adına Mədəniyyət Sarayının "Xəzər" bədii qiraət dərnəyinin üzvlərinin iştirak etdiyi müsabiqədə münsiflər heyəti tərəfindən seçilən qaliblər fəxri fərman və fərqlənmə diplomları ilə təltif olunub.

Münsiflər heyətinin üzvləri, Q.Abbasov adına Mədəniyyət Sarayının bədii rəhbəri Bəhiyyə Nağıyeva, Suraxanı rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Elnarə Məmmədova və Cavid Məlikov uşaqlara tədbirlə bağlı fikirlərini bölüşüb.

Tədbirin sonunda məktəblilərin 20 Yanvar faciəsinə həsr olunmuş rəsm sərgisi nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi