​Çin hakerləri 4,5 mln. xəstə haqqında məlumatları oğurlayıb

​Çin hakerləri 4,5 mln. xəstə haqqında məlumatları oğurlayıb Bakı. 18 avqust. REPORT.AZ/ Çinli hakerlər ABŞ xəstəxanalarında qeydiyyatda olan 4,5 mln. xəstənin tibbi məlumatını oğurlayıb. “Rep...
İKT
18 Avqust , 2014 13:04
​Çin hakerləri 4,5 mln. xəstə haqqında məlumatları oğurlayıb
Bakı. 18 avqust. REPORT.AZ/ Çinli hakerlər ABŞ xəstəxanalarında qeydiyyatda olan 4,5 mln. xəstənin tibbi məlumatını oğurlayıb. “Report” xəbər verir ki, bu barədə tanınmış CNBC telekanalı məlumat yayıb.

Hakerlər İctimai Səhiyyə Sisteminə daxil olaraq 29 ştatda yerləşən 206 xəstəxanada qeydiyyatda olan 4,5 mln. xəstə haqqında tibbi bilgiləri oğurlayıblar.

ABŞ Dövlət Departamentinin Qiymətli Kağızlar və Mübadilə Komissiyası bu hücumların mənbəyinin Çin olduğunu və özünü “Qabaqcıl İnadkar Təhdid” adlandıran haker qrupu tərəfindən edildiyini deyib. Qurum bu hücumların aprel-iyun ayları ərzində davamlı olduğunu da açıqlayıb.

Rəsmi açıqlamalara görə, həmin qrup 2006-ci ildən bəri ABŞ, Kanada və Britaniya şirkətlərinə dəfələrlə hücumlar edib.

Son xəbərlər

Orphus sistemi