​“Youtube”nin ödənişli musiqi xidməti oktyabrda istifadəyə veriləcək

​“Youtube”nin ödənişli musiqi xidməti oktyabrda istifadəyə veriləcək Bu yenilik əvvəlki istifadəçilərin fəaliyyətinə heç bir əngəl törətməyəcək
İKT
29 Sentyabr , 2015 21:02
​“Youtube”nin ödənişli musiqi xidməti oktyabrda istifadəyə veriləcək

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bu ilin oktyabrından “Youtobe” izləyicilərinə reklamsız ödənişli musiqi xidməti təqdim edəcək. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu yenilik əvvəlki istifadəçilərin fəaliyyətinə heç bir əngəl törətməyəcək.

Yeni xidmət “Youtube”dən musiqi dinləmək məqsədilə istifadə edənlər üçündür. Xidmət bir stream musiqi kanalı olaraq təqdim olunacaq, reklam görüntüləri olmadan dinləyicilər maneəsiz mp3 musiqiləri yükləyə də biləcəklər. 

Son xəbərlər

Orphus sistemi