Yaponiyada mindən artıq şirkətin kompüterləri virus hücumuna məruz qalıb

Yaponiyada mindən artıq şirkətin kompüterləri virus hücumuna məruz qalıb Ötən ilin mayında “Emdivi” virusuna yoluxan 31 fərdi kompüterdən 1 milyon 250 min insanın məlumatı oğurlanmışdı
İKT
9 Fevral , 2016 08:01
Yaponiyada mindən artıq şirkətin kompüterləri virus hücumuna məruz qalıb

Bakı. 9 fevral. REPORT.AZ/ Yaponiyada mindən artıq müəssisənin kompüterləri ötən il ölkənin Pensiya Xidmətinin məruz qaldığı “Emdivi” virusunun hücumuna uğrayıb.

Bu yaxınlarda təşkil olunan hücum nəticəsində 20 minədək qabaqcıl texnologiya və müdafiə xarakterli məlumatların oğurlandığı bildirilir.

Bu barədə NHK televiziya kanalına hücuma məruz qalan müəssisələrin rəsmi nümayəndələri məlumat veriblər. Televiziya kanalı həm Yaponiyada, həm də xaricdə fəaliyyət göstərən tədqiqat institutları və mühafizə şirkətlərindən mövzu ilə bağlı müsahibələr alıb.

Ötən ilin mayında Yaponiya Pensiya Xidmətində “Emdivi” virusuna yoluxan 31 fərdi kompüterdən 1 milyon 250 min insanın məlumatı oğurlanmışdı. Hakerlər həmin virusa yoluxan kompüterlərdən məxfi məlumatları asanlıqla oğurlaya bilirlər.

Son xəbərlər

Orphus sistemi