​“Xalq kompüteri” layihəsi çərçivəsində təqdim olunan kompüterlərin çeşidi artıb

​“Xalq kompüteri” layihəsi çərçivəsində təqdim olunan kompüterlərin çeşidi artıb Layihənin operatoru bu işi daha da təkmilləşdirib
İKT
10 Mart , 2015 20:01
​“Xalq kompüteri” layihəsi çərçivəsində təqdim olunan kompüterlərin çeşidi artıb

Bakı. 10 mart. REPOERT.AZ/ “Xalq kompüteri” layihəsinin operatoru olaraq “BestComp Group” şirkəti layihəni daha da təkmilləşdirib. "Report" xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, layihəyə müasir dövrün tələblərinə cavab verən, yeni noutbuk və personal kompüter modelləri daxil edilib.

Bu modellər də lisenziyalı “Windows 8.1 Pro” proqramı, “Microsoft Office 2013 Pro” ofis proqramı, eləcə də “DR.WEB” antivirus proqramı ilə təchiz olunub.

Xatırladaq ki, “Xalq kompüteri” layihəsi Azərbaycan Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirlikləri tərəfindən “HP” və “Microsoft” şirkətləri ilə birgə 2009-cu ilin aprel ayından həyata keçirilməyə başlanıb.

Son xəbərlər

Orphus sistemi