Bakı. 28 iyul. REPORT.AZ/ "Windows 10"un səhvi personal kompüterin avtonom iş vaxtını təqribən 10% azaldır. Bu barədə "Report" "Qazeta.ru"ya istinadən xəbər verir.
Səhv İntel prosessorlarında işləyən personal kompüterlərdə özünü göstərir. Hazırda Intel bu problemin həlli üçün patçın yaradılması üzərində Microsoft mütəxəssisləri ilə birgə iş aparır.
Bununla belə, Microsoft "Windows 10" relizi ilə eyni zamanda "day 0" kod adı altında Windows Update vasitəsilə yayılan yenilənmənin buraxılmasını planlaşdırır. Bu yenilənməyə son anda edilən düzəlişlər daxil olacaq. İntel prosessorları üçün patçın onların sırasına daxil edilib-edilməyəcəyi hələlik məlum deyil.