​"Windows 10" pulsuz olacaq

​"Windows 10" pulsuz olacaq Bundan "Windows 7", "Windows 8" və "Windows 8.1" istifadəçiləri yararlana biləcəklər
İKT
21 Yanvar , 2015 22:27
​Windows 10 pulsuz olacaq

Bakı. 21 yanvar. REPORT.AZ/ "Windows 10" əməliyyat sistemi istifadəyə verildikdən sonra bir il müddətində "Windows"un əvvəlki versiyasından istifadə edənlər üçün pulsuz olacaq.

"Report" xəbər verir ki, bu barədə yeni sistemə həsr olunmuş təqdimatda "Microsoft"un vitse-prezidenti Terri Mayerson bildirib.

Pulsuz yenilənmədən "Windows 7", "Windows 8" və "Windows 8.1" istifadəçiləri yararlana biləcəklər. Bundan əlavə, yeni sistemədək "Windows Phone 8.1" ilə işləyən bütün smartfonlar da yenilənəcək. Şirkət bəyan edib ki, yeni sistemi hazırda "Windows"la işləyən bütün smartfonlar əldə edəcəklər.

"Windows 10"un final versiyası 2015-ci ildə bazara buraxılmalıdır. Hazırda bu sistemin potensial müştəriləri onun yeni funksiyaları ilə tanış olmaq üçün "Technical Preview" pulsuz test versiyasından yararlana bilərlər.

Son xəbərlər

Orphus sistemi