"WhatsApp" istifadəçilərinin sayı rekord həddə çatıb

"WhatsApp" istifadəçilərinin sayı rekord həddə çatıb Əsas istifadəçilər "Android" proqram əlavəsi ilə daxil olanlardır
İKT
7 Sentyabr , 2015 15:22
WhatsApp istifadəçilərinin sayı rekord həddə çatıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ “WhatsApp” şəbəkəsi “Facebook” şirkəti tərəfindən alındıqdan sonra yeni rekorda imza ataraq aylıq aktiv istifadəçilərinin sayı 900 mln.-a çatıb.

“Report” Türkiyə mediasına istinadən bildirir ki, keçən ilin əvvəlində “Facebook”un 19 mlrd. dollar qarşılığında aldığı “WhatsApp” proqram əlavəsinin qurucusu Jan Koum “Facebook” üzərindən yaydığı məlumatda mesajlaşma xidmətinin ötən ay 900 mln. aktiv istifadəçiyə çatdığını bildirib.

Proqram əlavəsinin “Android” versiyasının 1 mlrd. dəfə yükləndiyini nəzərə alsaq, bu nəticə gözlənilən idi. Keçən ay aparılan araşdırmanın nəticəsinə görə,“WhatsApp” istifadəçilərinin 1/3-i “Android”indir, “iOS”daki istifadəçilərin yalnız 22%-i bu proqram əlavəsini istifadə edir.

Son xəbərlər

Orphus sistemi