Vergilər Nazirliyi tender elan edib

Vergilər Nazirliyi tender elan edib Tenderdə iştirak etmək istəyənlər martın 29-na qədər nazirliyə müraciət edə bilərlər
İKT
12 Mart , 2015 20:22
Vergilər Nazirliyi tender elan edib

Bakı. 12 mart. REPORT.AZ/ Azərbaycan Vergilər Nazirliyi tender elan edib. "Report"un nazirliyə istinadən verdiyi məlumata görə, Vergilər Nazirliyi nazirliyin server otağında şəbəkə və əməliyyat sistemlərinin, nazirliyin məlumat bazalarının, arxiv sistemlərinin, AVİS altsistemlərinin, İnternet vasitəsilə verilən xidmətlərin və vergi orqanlarının digər qurumlarla inteqrasiyası sisteminin dəstəklənməsinin, Bələdiyyə Vergi İnformasiya Sisteminin (BVİS) dəstəklənməsinin və inkişafının, elektron imza sisteminin dəstəklənməsinin, AVİS altsistemlərinin, İnternet Vergi İdarəsi, Axtarış&Hesabat və digər proqram təminatlarında əlavə və dəyişikliklərin edilməsinin və AVİS-in fəaliyyətinin təmin edilməsi üzrə zəruri olan lisenziyalarının satın alınması üçün təkliflər sorğusu keçirir.

Tenderdə iştirak etmək istəyənlər martın 29-na qədər nazirliyə müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi