​Twitter "bəyəndim" düyməsini tətbiq edib

​Twitter "bəyəndim" düyməsini tətbiq edib Şirkət dəyişikliklər barədə öz rəsmi bloqunda məlumat verib
İKT
3 Noyabr , 2015 23:09
​Twitter bəyəndim düyməsini tətbiq edib

Bakı. 3 noyabr. REPORT.AZ/ "Twitter" mikrobloqlar xidməti "Like" düyməsi tətbiq edərək, istifadəçilərə ürək şəkilində olan xüsusi ikonaya basmaqla bəyəndikləri məlumatı seçmək imkanı verib.

"Report" xəbər verir ki, Amerika şirkəti dəyişikliklər barədə öz rəsmi bloqunun səhifəsində məlumat təqdim edib.

"Bəyəndim" düyməsi sosial şəbəkə istifadəçilərinə qeydləri "seçilmişlər"ə əlavə etmək imkanı verən ulduzu əvəz edib.

"Twitter" sosial şəbəkəsi 2006-cı ildə yaradılıb. O, 500 milyondan çox istifadəçini özündə birləşdirir. Onların təqribən 300 milyon nəfəri fəal istifadəçidir. Şirkətin 2014-cü ildə gəliri 1,4 milyard dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi