Türkmənistanın ilk telekommunikasiya peyki orbitə çıxarılıb

Türkmənistanın ilk telekommunikasiya peyki orbitə çıxarılıb Peyk 52 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşəcək
İKT
28 Aprel , 2015 05:06
Türkmənistanın ilk telekommunikasiya peyki orbitə çıxarılıb

Bakı. 28 aprel. REPORT.AZ/ ABŞ-ın SpaceX şirkəti bu gün Türkmənistanın ilk milli telekommunikasiya peyki olan "TurkmenAlem52E" orbitə buraxıb.

"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, raket ABŞ-ın Florida ştatındaki hərbi kosmodromdan qalxdıqdan təqribən 30 dəqiqə sonra peyk raketin gövdəsindən ayrılıb.

Peyk 52 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşəcək.

Orbitdə istismar müddəti ən az 15 il təşkil edəcək yeni peyk teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformaların təmin edilməsi üçün nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi