Türkiyənin region kanallarının "Azerspace-1" peyki üzərindən yayımına başlanılıb

Türkiyənin region kanallarının "Azerspace-1" peyki üzərindən yayımına başlanılıb Ümumilikdə, artıq 4 yeni kanalı izləmək mümkündür
İKT
3 İyun , 2016 12:35
Türkiyənin region kanallarının Azerspace-1 peyki üzərindən yayımına başlanılıb

Bakı. 3 iyun. REPORT.AZ/ Cənubi Qafqazın yeganə peyk operatoru olan Azərbaycanın “Azərkosmos” ASC ilə Türkiyənin bir neçə televiziya kanalı arasında kanalların yayımına dair müqavilə imzalanıb. "Azərkosmos" ASC-dən "Report"a daxil olan məlumata görə, müqaviləyə əsasən, Türkiyənin region kanalları - “Alanya TV”, “Zonguldak TV” və “Aras TV” kanalları, eləcə də “A Shopping TV” kanalı iyunun 2-dən “Azerspace-1” peyki vasitəsilə 11027/H/7500 tezliyi ilə yayımlanmaqdadır.

Qeyd edək ki, Türkiyədə geniş izləyici kütləsi olan adı çəkilən region kanallarında əsasən əyləncə xarakterli verilişlər, musiqi verilişləri, bədii, sənədli və cizgi filmləri, seriallar nümayiş olunur. Türkiyə, Rusiya, eləcə də Orta Asiyanın ən çox izlənilən e-ticarət telealış-veriş kanalı olan “A Shopping TV” isə digər peyklərlə yanaşı, artıq “Azerspace-1” peyki üzərindən də yayımlanır.

Son xəbərlər

Orphus sistemi