​Tehranda Azərbaycan-İran iqtisadi münasibətlərinin perspektivləri müzakirə olunub

​Tehranda Azərbaycan-İran iqtisadi münasibətlərinin perspektivləri müzakirə olunub Tərəflər iki ölkənin dövlət və özəl sektorlar arasında əlaqələrin daha da gücləndirilməsini zəruri sayır
İKT
24 Fevral , 2015 17:08
​Tehranda Azərbaycan-İran iqtisadi münasibətlərinin perspektivləri müzakirə olunub

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov İrana səfəri çərçivəsində fevralın 24-də bu ölkənin rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan hökumətlərarası iqtisadi komissiyasının həmsədri Mahmud Vaizi ilə görüşüb.

“Rerport” “AzərTac”a istinadən xəbər verir ki, Ə.Abbasov bildirib ki, ötən il Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərlərindən sonra iki dövlət arasındakı əlaqələr inkişaf edir. Azərbaycan ilə İran beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq edir.

Bildirilib ki, Azərbaycan poçt, internet və kosmik sahələrdə öz təcrübəsindən istifadə edərək İranla əməkdaşlıq edə bilər. Bu sahələr müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilərsə, faydalı olar. Ona görə də qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün birgə layihələrin hazırlanıb həyata keçirilməsi lazımdır. Hər iki ölkənin mütəxəssisləri görüşüb yeni texnoloji layihələr hazırlayıb hökumətə təqdim etməlidir. Azərbaycan orbitə iki telekommunikasiya peyki çıxarıb və bu sahədə təcrübəyə malikdir. Ona görə də İranın bu sahədə əməkdaşlıq təklifini qəbul edərək təcrübəsi ilə bölüşə bilər.

Nəzərə çatdırılıb ki, Azərbaycan bölgədə üçtərəfli əlaqələrin də genişləndirilməsinin tərəfdarıdır və Türkiyə, İran, Azərbaycan rəsmilərinin Tehranda keçirilməsi nəzərdə tutulan görüşünü dəstəkləyir.

Qarşılıqlı münasibətlərin inkişafında irəliləyişlərin olduğunu deyən M.Vaizi İran və Azərbaycan arasında siyasi və iqtisadi əlaqələrin hazırkı vəziyyətini yüksək qiymətləndirib.

Qeyd olunub ki, dövlət sektoru ilə yanaşı hər iki ölkənin özəl sektorunun da yaxınlaşmasını təmin etmək lazımdır. İş adamları arasında əlaqələrin qurulması onların iqtisadi fəaliyyətini genişləndirər və bu, hər iki dövlətin büdcə gəlirini artırmaqla yanaşı əhalinin sosial rifahının yüksəlməsinə də müsbət təsir göstərər.

Son xəbərlər

Orphus sistemi