TASIM layihəsi "Türkmentel-2015" sərgi-konfransında təqdim olunacaq

TASIM layihəsi "Türkmentel-2015" sərgi-konfransında təqdim olunacaq Tədbirdə 20 ölkədən 100 şirkətin iştirakı gözlənilir
İKT
11 Avqust , 2015 12:31
TASIM layihəsi Türkmentel-2015 sərgi-konfransında təqdim olunacaq

Bakı. 11 avqust. REPORT.AZ/ Azərbaycan sentyabrın 16-18-də Aşqabadda keçiriləcək “Türkmentel-2015” VIII beynəlxalq telekommunikasiya, telemetriya, informasiya texnologiyaları və teleradio avadanlığı sərgi-konfransında təmsil olunacaq.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Report”a verilən məlumata görə, tədbirdə Trans-Avrasiya Superinformasiya Magistralının (TASIM) yaradılması üzrə işçi qrupunun rəhbəri Zaur Həsənov layihənin Asiya ilə Avropa arasında beynəlxalq telekommunikasiya trafikinin ötürülməsi, rəqəmsal fərqin qarşısının alınmasında rolu və bu marşrutun üstünlükləri haqqında məruzə ilə çıxış edəcək.

Tədbirdə 20 ölkədən 100 şirkətin iştirakı gözlənilir. Sərgi və konfransda texnoparklar, "ağıllı" ev, biznes kommunikasiyalar, elektron hökumət ilə bağlı mövzularda nümayişlər və təqdimatlar iştirakçıların diqqətinə çatdırılacaq.

Son xəbərlər

Orphus sistemi