Ötən ay “Telefonun servislərə qoşulması” elektron xidmətindən 429 dəfə istifadə olunub

Ötən ay “Telefonun servislərə qoşulması” elektron xidmətindən 429 dəfə istifadə olunub Elektron xidmət istifadəçilərə 16 növdə servis təqdim edir
İKT
19 İyun , 2015 08:37
Ötən ay “Telefonun servislərə qoşulması” elektron xidmətindən 429 dəfə istifadə olunub

Bakı. 19 iyun. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) daha bir elektron xidmətinin may ayındakı istifadə statistikası məlum olub.

Məlumat Hesablama Mərkəzindən (MHM) "Report"a verilən məlumata görə, ötən ay “Elektron hökumət” portalındakı “Telefonun servislərə qoşulması” elektron xidmətindən 429 dəfə istifadə olunub.

Elektron xidmət istifadəçilərə “10 saniyə gözləmə ilə birbaşa rabitə”, “abunəçi cavab vermədikdə yönləndirmə”, “giriş zənglərinin bağlanması (narahat etmə)”, “konfrans rabitə”, “müəyyən vaxta xatırlama zəngi”, “qısaldılmış nömrə yığma”, “zənglərin şərhsiz yönləndirilməsi” və s. bu kimi 16 növdə servis təqdim edir.

Servislərə qoşulma ilə yanaşı, e-xidmətdən istifadə edərək onlardan imtina etmək də mümkündür.

Son xəbərlər

Orphus sistemi