"Sony" və "Panasonic" televizor istehsalını davam etdirəcək

"Sony" və "Panasonic" televizor istehsalını davam etdirəcək Dünya televizor bazarının 40%-nə "Samsung" və "LG" nəzarət edir
İKT
23 İyun , 2015 14:31
Sony və Panasonic televizor istehsalını davam etdirəcək

Bakı. 23 iyun. REPORT.AZ/ Yaponiyanın “Sony” və “Panasonic” elektronika istehsalçıları televizor istehsalını davam etdirəcək. “Report” xəbər verir ki, “Sony” şirkətinin nümayəndəsi İçiro Takaqinin (Ichiro Takagi) və “Panasonic”in TV bölməsinin direktoru Masahiro Şinadanın (Masahiro Shinada) sözlərinə görə, televizorlar onların brendlərini zirvədə saxlayır.

Televizorlar Yaponiya şirkətləri tərəfindən buraxılan məşhur məhsul növlərindən biri olaraq qalır. Buna görə də şirkətlər TV bazarını tərk etmək niyyətində deyillər. Hazırda bu bazarda Cənubi Koreyanın “Samsung” və “LG” şirkətləri, eləcə də Çinin ucuz modellər istehsal edən şirkətləri liderdir.

Hazırda "Sony” və “Panasonic” dünya televizor bazarının müvafiq olaraq 7% və 4%-nə nəzarət etdiyi halda, "Samsung” və “LG Electronics” birlikdə 40%-ə sahibdir.

İstehsalçılar nüfuzu və gəlirləri saxlamaq məqsədilə diqqəti “4K” təsvir ölçüsünü dəstəkləyən və yüksək gəlir əldə etməyə imkan verən televizor modellərinə yönəldiblər.

Bir neçə il davam edən maliyyə itkilərinin qarşısını almaq məqsədilə “Sony” rəhbəri Kazuo Hirai minlərlə iş yerini ixtisar edib və fərdi kompüter bölməsini satıb. Şirkət rəhbəri çıxışları zamanı TV biznesini ləğv etmək barədə niyyətinin olmasını bir neçə dəfə deyib.

Lakin İçiro Takaqi hesab edir ki, hazırda hadisələrin belə inkişaf etməsinın ehtimalı azdır. Xərclərin azaldılması sayəsində “Sony”nin TV bölməsi son on ildə 2014-cü maliyyə ilinin yekunları üzrə cüzi əməliyyat mənfəəti əldə edib.

Son xəbərlər

Orphus sistemi