​“Sony” “Microsoft”un yeni əməliyyat sistemi “Windows 10” üçün xəbərdarlıq edib

​“Sony” “Microsoft”un yeni əməliyyat sistemi “Windows 10” üçün xəbərdarlıq edib Testlər avqustun sonunda bitəcək
İKT
7 Avqust , 2015 19:31
​“Sony” “Microsoft”un yeni əməliyyat sistemi “Windows 10” üçün xəbərdarlıq edib

Bakı. 7 avqust. REPORT.AZ/ “Sony” şirkəti “VAIO”markalı komputerlərin istifadəçilərinə “Windows 10” əməliyyat sisteminin istifadəsində ehtiyyatlı olmaları üçün xəbərdarlıq edib.

“Report” xarici mətbuata istinadən bildirir ki, bir çox şirkət kimi “Sony” də “Windows 10”un testlərini tamamlamayıb və yüklənmə və istifadə vaxtı problem çıxmayacağına zəmanət verə bilmir. Yapon şirkəti bildirib ki, testlər avqustun sonunda bitəcək və istifadəçilər sentyabrdan etibarən “Windows 10” əməliyyat sistemini yükləyə bilərlər.

Son xəbərlər

Orphus sistemi