Səhiyyə Nazirliyinin daha bir xidməti “Elektron Hökumət” portalına inteqrasiya edilib

Səhiyyə Nazirliyinin daha bir xidməti “Elektron Hökumət” portalına inteqrasiya edilib Səhiyyə Nazirliyi tərəfindən portal üzərindən təqdim olunan elekron xidmətlərin sayı 33 olub
İKT
21 İyul , 2015 17:32
Səhiyyə Nazirliyinin daha bir xidməti “Elektron Hökumət” portalına inteqrasiya edilib

Bakı. 21 iyul. REPORT.AZ/ “Elektron Hökumət” portalına daha bir xidmət əlavə olunub. Səhiyyə Nazirliyinin “Həkim axtarış sistemi” elektron xidməti portala inteqrasiya edilərək vətəndaşların istifadəsinə verilib.

"Report" "Elektron Hökumət" portalına istinadən bildirir ki, vətəndaşlar bu elektron xidmət vasitəsilə asanlıqla həkimlərin işlədiyi müəssisə, onların vəzifəsi, təhsili, əlaqə nömrəsi və s. barədə məlumatları əldə edə biləcəklər.

Bunun üçün “Elektron Hökumət” portalında Səhiyyə Nazirliyinin elektron xidmətləri arasından “Həkim axtarış sistemi” elektron xidmətini seçib həkimin adı, soyadı, ixtisası, işlədiyi şəhər və ya rayon barədə məlumatları daxil etmək lazımdır.

Qeyd edək ki, vətəndaşlar bu xidmətdən autentifikasiyadan keçmədən yararlana bilərlər.

Beləliklə, Səhiyyə Nazirliyi tərəfindən portal üzərindən təqdim olunan elekron xidmətlərin sayı 33 olub.

Son xəbərlər

Orphus sistemi