​SAP və "Kasperski Laboratoriyası" əməkdaşlığa dair memorandum imzalayıb

​SAP və "Kasperski Laboratoriyası" əməkdaşlığa dair memorandum imzalayıb Bununla da SAP şirkəti korporasiya həllərinin effektivliyini artıracaq
İKT
14 Aprel , 2016 12:05
​SAP və Kasperski Laboratoriyası əməkdaşlığa dair memorandum imzalayıb

Bakı. 14 aprel. REPORT.AZ/ “Kasperski Laboratoriyası” və SAP MDB əməkdaşlığa dair memorandumun imzalanması barədə məlumat yayıb. Əməkdaşlığın məqsədi “Kasperski Laboratoriyası”nın texnologiyaları vasitəsilə əldə edilən məlumatlardan faydalanaraq SAP-ın korporasiya həllərinin effektivliyini artırmaqdır. Bu, "Report"a “Kasperski Laboratoriyası”ndan daxil olan məlumatda deyilir. 

Əməkdaşlığın ilk mərhələsində sənaye müəssisələrinin idarə olunması üçün SAP həllərinə yeni imkanlar əlavə ediləcək. Monitorinq və iqtisadi təhlükəsizliyin təmin olunması sisteminə SAP tərəfindən hazırlanmış və şirkətlərdə fəaliyyət göstərən xüsusi plagin yerləşdiriləcək. Eyni zamanda, mühüm infrastrukturun müdafiəsi üçün yaradılmış “Kaspersky Industrial CyberSecurity” xüsusi yığım platforması sənaye obyektlərindən məlumat almağa imkan yaradacaq. Daha sonra SAP mütəxəssisləri əldə edilmiş məlumatları analiz edəcək və gələcəkdə təhlilin köməyi ilə öz həllərinə istehsalatın effektivliyini artıracaq dəyişikliklər edə biləcəklər. Sözügedən əməkdaşlıq çərçivəsində şirkətlər SAP həllərinin və “Kasperski Laboratoriyası”nın məhsullarının gələcəkdə daha sıx inteqrasiya imkanlarını nəzərdən keçirəcəklər.

Bundan başqa, şirkətlər birgə ictimai marketinq üzrə tədbir və seminarlar keçirməyi, həmçinin cari və potensial SAP əməkdaşları və müştərilərinə məhsulların yeni imkanlarını nümayiş etmək üçün demo-stend hazırlamağı planlaşdırır.

Son xəbərlər

Orphus sistemi