“Samsung” yeni məhsulunun ilk görüntülərini yayıb

“Samsung” yeni məhsulunun ilk görüntülərini yayıb “Galaxy Tab S2” planşeti daha əvvəlki versiyası olan “Galaxy Tab A”ya çox bənzəyir
İKT
11 May , 2015 14:33
“Samsung” yeni məhsulunun ilk görüntülərini yayıb

Bakı. 11 may. REPORT.AZ/ Cənubi Koreyanın elektronika istehsalçısı "Samsung" gözlənilən modeli olan “Galaxy Tab S2”nin ilk görüntülərini və məlumatlarını yayıb.

“Report” xəbər verir ki, “Onleaks” yeni model planşet haqqında məlumatlar yayıb. Məlumata görə, yeni planşet daha əvvəlki versiyası olan “Galaxy Tab A”ya çox bənzəyir.

Kənarları metal çərçivə ilə inteqrasiya olunan cihaz barmaq izini oxutan sensor “Home” düyməsi ilə təchiz olunub. Bununla yanaşı, ön kamerası və işıq sensoru da cihazın vizuallığını dəyişib. 

Qeyd olunub ki, "Galaxy Tab S2" 2048x1536 piksel həllolma dəqiqliyinə sahib Super AMOLED ekrana sahib olacaq.

Son xəbərlər

Orphus sistemi