​Azərbaycana daxil olan beynəlxalq giriş və çıxış trafikinin azalmasının səbəbi açıqlanıb

​Azərbaycana daxil olan beynəlxalq giriş və çıxış trafikinin azalmasının səbəbi açıqlanıb RYTN: "Azerfon” və “Bakcell" beynəlxalq çıxış trafikini naməlum kanallar vasitəsilə ötürür
İKT
26 Oktyabr , 2015 19:24
​Azərbaycana daxil olan beynəlxalq giriş və çıxış trafikinin azalmasının səbəbi açıqlanıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Bu ilin 9 ayında dünya ölkələrindən Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 111,4 mln. dəqiqə azalaraq 201,6 mln. dəqiqə, çıxış trafikinin həcmi isə 27,2 mln. dəqiqə azalaraq 70,9 mln. dəqiqə təşkil edib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) "Report"a daxil olan məlumata görə, beynəlxalq giriş trafikinin azalmasının əsas səbəblərindən biri beynəlxalq təcrübəyə uyğun olaraq genişzolaqlı internet xidmətlərinin yüksək sürətlə inkişafı ilə əlaqədar səs trafikinin müəyyən hissəsinin internet üzərindən təşkili və çıxış trafikinin azalmasının əsas səbəbi isə “Azerfon” MMC və “Bakcell Ltd.” MMC tərəfindən beynəlxalq çıxış trafikinin S-12 beynəlxalq stansiyası üzərindən deyil, digər məlum olmayan kanallar vasitəsilə ötürülməsilə izah olunur. 

Son xəbərlər

Orphus sistemi