Rusiyanın mobil operatoru Azərbaycanla danışıq tariflərini iki dəfə artırıb

Rusiyanın mobil operatoru Azərbaycanla danışıq tariflərini iki dəfə artırıb İndi abunəçilər bir danışıq dəqiqəsi üçün 0,44 AZN ödəməli olacaqlar
İKT
2 Sentyabr , 2016 08:17
Rusiyanın mobil operatoru Azərbaycanla danışıq tariflərini iki dəfə artırıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Rusiyanın "VimpelCom" mobil operatoru Mərkəzi və Şimal-Qərb federal dairəsinin ərazisində bəzi "qonaq tarifləri"nin qiymətini artırıb.

"Report" xəbər verir ki, bu barədə şirkətin cümə axşamı dərc olunan məlumatında bildirilir.

MDB ölkələrinə "MDB ölkələri - 2013" tarifləri üçün zənglər bir neçə istiqamətlər üçün iki dəfə artırılıb. Belə ki, Azərbaycana zənglərin 1 dəqiqəsinin qiyməti 9 rubldan (0,22 AZN) 18 rubla (0,44) qədər artırılıb. Həmçinin abunəçilər Qazaxıstan, Gürcüstan və Qırğızıstan ilə 1 dəqiqəlik danışıq üçün 5 rubl deyil (0.12 AZN), 12 rubl (0.29) ödəməli olacaqlar. Eyni zamanda Belarusla da danışıq dəqiqəsinin tarifi 15 rubldan (0.37 AZN) 25 rubla (0.61) qədər bahalaşdırılıb.

Son xəbərlər

Orphus sistemi