Rabitə və yüksək texnologiyalar naziri Şirvanda vətəndaşlarla görüşüb

Rabitə və yüksək texnologiyalar naziri Şirvanda vətəndaşlarla görüşüb Qəbulda nazirliyin müvafiq struktur rəhbərləri, habelə rayonların poçt və telekommunikasiya qovşaqlarının rəhbərləri ilə videoəlaqə yaradılıb
İKT
30 Yanvar , 2015 17:44
Rabitə və yüksək texnologiyalar naziri Şirvanda vətəndaşlarla görüşüb

Bakı. 30 yanvar. REPORT.AZ/ Bu gün rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Şirvan şəhərində Şirvan, Hacıqabul və Saatlıdan olan vətəndaşlarla görüşüb. Bu barədə "Report"a Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Ə.Abbasov Şirvan Telekommunikasiya Qovşağının akt zalında bölgə vətəndaşlarını qəbul edib. Qəbulda nazirliyin müvafiq struktur rəhbərləri, habelə rayonların poçt və telekommunikasiya qovşaqlarının rəhbərləri ilə videoəlaqə yaradılıb.

Müraciət edən hər bir vətəndaş dinlənilərək qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb. Araşdırılmaya ehtiyac olan bəzi müraciətlər isə qeydiyyata götürülüb.

Qəbul zamanı nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər də olub. Bununla əlaqədar vətəndaşlarla ətraflı izahat işləri aparılıb. Həmin müraciətlər müvafiq strukturlara göndərilərək həll olunması üçün qeydiyyata alınıb.

Son xəbərlər

Orphus sistemi