"Rosatom"un nümayəndə heyəti Azərbaycana səfər edib

"Rosatom"un nümayəndə heyəti Azərbaycana səfər edib Qonaqlar Azərbaycan Milli Nüvə Tədqiqatları Mərkəzində görüşlər keçiriblər
İKT
11 Noyabr , 2015 17:31
Rosatomun nümayəndə heyəti Azərbaycana səfər edib

Bakı. 11 noyabr. REPORT.AZ/ "Milli Nüvə Tədqiqatları Mərkəzi" (MNTM) QSC-də Rusiya Federasiyasının "Rosatom" Dövlət Korporasiyasının nümayəndə heyəti olub və bir sıra görüşlər keçirib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən "Report"a daxil olan xəbərə görə, "Rosatom" nümayəndə heyəti Milli Nüvə Tədqiqatları Mərkəzinin infrastrukturu ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparıblar. Nümayəndə heyəti, həmçinin rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə tərəfindən qəbul edilib.

Nümayəndə heyətinin rəhbəri professor M.A.Litvinov "Rosatom" Korporasiyasının "Atom sahəsində beynəlxalq əməkdaşlığın inkişafı" döş nişanını MNTM-in sədri akademik Adil Qəribova təqdim edib. 

Son xəbərlər

Orphus sistemi