Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni aparat rəhbəri təyin olunub

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni aparat rəhbəri təyin olunub Bu vəzifəni Əli Abdullayev icra edəcək
İKT
2 Fevral , 2016 10:35
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni aparat rəhbəri təyin olunub

Bakı. 2 fevral. REPORT.AZ/ Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə Əli İzzət oğlu Abdullayev Nazirliyin Aparat rəhbəri vəzifəsinə təyin olunub. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Report"a daxil olan məlumatda bildirilir. 

Ə.Abdullayev 1979-cu ildə anadan olub, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını siyasi idarəetmə, hüquqşünaslıq ixtisasları üzrə bitirib.

O, 2001-2006-cı illərdə Əmlak Məsələləri Dövlət Komitəsində hüquq şöbəsinin müdiri, 2007-ci ildən Hərracların Təşkili üzrə Auksion Mərkəzinin baş direktoru vəzifələrində işləyib.

Son xəbərlər

Orphus sistemi