Rabitə və Yüksək Texnologiyalar Nazirliyi I Avropa Oyunlarına hazırlıq işlərini başa çatdırıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi I Avropa Oyunlarına hazırlıq işlərini başa çatdırıb Nazir müavini: "Xüsusi avadanlıqlar alınıb, mütəxəssislər qrupu hazırlanıb"
İKT
23 Aprel , 2015 17:30
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi I Avropa Oyunlarına hazırlıq işlərini başa çatdırıb

Bakı. 23 aprel. REPORT. AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) I Avropa Oyunlarına hazırlıq işlərini başa çatdırıb. "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar nazirinin I müavini İltimas Məmmədov bildirib.

Onun sözlərinə görə, bütün stadionlara optik kabellər çəkilib, bütün oyun və qeyri-oyun məkanları genişzolaqlı internetlə təmin edilib. Bu zaman simsiz texnologiyalardan istifadəyə daha çox önəm verilib: "Bunun üçün xüsusi avadanlıqlar alınıb. Mütəxəssislər qrupu hazırlanıb və onlar müvafiq kurslar keçiblər ki, oyunlar zamanı yarana biləcək hər hansı problemi aradan qaldıra bilsinlər. Bu gün inteqrasiya qrupunun iclasında bir daha vurğulanıb ki, bütün sahələrdə olduğu kimi, rabitə sahəsi də oyunlara hazırdır”.

Nazir müavini əlavə edib ki, oyunlarla bağlı mərkəzləşmiş sorğu-məlumat sistemi yaradılıb. Bütün şəbəkələrdə bu sistemə qoşulmaq üçün test sistemi yaradılıb.

"Çalışacağıq ki, bilet almaq və stadiona getmək istəyənlər bu sistemin xidmətindən istifadə edə bilsinlər", - İ.Məmmədov qeyd edib.

Son xəbərlər

Orphus sistemi