​Rabitə və yüksək texnologiyalar naziri Şamaxıda vətəndaşlarla görüşüb

​Rabitə və yüksək texnologiyalar naziri Şamaxıda vətəndaşlarla görüşüb Nazir Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarından olan vətəndaşları qəbul edib
İKT
5 May , 2016 14:31
​Rabitə və yüksək texnologiyalar naziri Şamaxıda vətəndaşlarla görüşüb

Bakı. 5 may. REPORT.AZ/ Mayın 5-də rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarından olan vətəndaşlarla görüşüb.

“Report” nazirliyə istinadən xəbər verir ki, qəbulda telekommunikasiya, internet, poçt, radio, televiziya yayımı xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı müraciətlər üstünlük təşkil edib. Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Nazir digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

Son xəbərlər

Orphus sistemi