​Rabitə və yüksək texnologiyalar naziri Şamaxıda vətəndaşları qəbul edəcək

​Rabitə və yüksək texnologiyalar naziri Şamaxıda vətəndaşları qəbul edəcək Nazirin qəbulu mayın 5-də baş tutacaq
İKT
2 May , 2016 13:56
​Rabitə və yüksək texnologiyalar naziri Şamaxıda vətəndaşları qəbul edəcək

Bakı. 2 may. REPORT.AZ/ Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə mayın 5-də, saat 12:00-da Şamaxı şəhərində Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarında yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

“Report” Nazirliyə istinadən xəbər verir ki, qəbulda iştirak etmək istəyən vətəndaşlardan [email protected] elektron poçt ünvanı, 1655 nömrəli Çağrı Mərkəzi, (012) 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Qeyd edək ki, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

Son xəbərlər

Orphus sistemi