​Rabitə və yüksək texnologiyalar naziri Sabirabadda vətəndaşlarla görüşüb

​Rabitə və yüksək texnologiyalar naziri Sabirabadda vətəndaşlarla görüşüb Nazir Sabirabad, Hacıqabul, Saatlı rayonları və Şirvan şəhərində yaşayan sakinləri qəbul edib
İKT
4 Mart , 2016 17:07
​Rabitə və yüksək texnologiyalar naziri Sabirabadda vətəndaşlarla görüşüb

Bakı. 4 mart. REPORT.AZ/ Bu gün rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində Sabirabad, Hacıqabul, Saatlı rayonlarında və Şirvan şəhərində yaşayan sakinləri qəbul edib.

“Report” Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən bildirir ki, qəbulda vətəndaşlar əsasən əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb.

Nazir digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

Son xəbərlər

Orphus sistemi