​Rabitə və yüksək texnologiyalar naziri rabitəçilərin I Avropa Oyunlarına hazırlığını yoxlayıb

​Rabitə və yüksək texnologiyalar naziri rabitəçilərin I Avropa Oyunlarına hazırlığını yoxlayıb Oyunların dayanıqlı və keyfiyyətli mobil xidmətlərlə təchizatı barədə görülən tədbirlərə dair məlumatlar dinlənilib
İKT
29 May , 2015 13:01
​Rabitə və yüksək texnologiyalar naziri rabitəçilərin I Avropa Oyunlarına hazırlığını yoxlayıb

Bakı. 29 may. REPORT.AZ/ Mayın 29-da Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov I Avropa Oyunları zamanı radiotezliklərdən və radioelektron vasitələrdən maneəsiz istifadə, radioelektron vasitələrinə müvafiq tezliklərin ayrılması və qeydiyyatı məqsədilə alınan mobil və portativ tipli radiomonitorinq, test-sınaq avadanlıqlarının, proqram təminatlarının, Bakı şəhəri və Abşeron yarımadasında efirə avtomatik radionəzarəti təmin etmək üçün Mehdiabad qəsəbəsində qurulmuş Mərkəzləşmiş Avtomatik Radiomonitorinq Şəbəkəsinə və müvafiq mütəxəssislərdən təşkil olunmuş radiomonitorinq qruplarının oyunlara hazırlıq vəziyyətinə baxış keçirib. Bu barədə "Report"a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, tədbirdə radiomonitorinq avadanlıqlarının, tezlik analizatorlarının, test sınaq avadanlıqlarının texniki imkanlıqları, oyunlarda istifadə ediləcək tezliklərə yarana biləcək maneələrin operativ təyin edilməsi və aradan qaldırılması, radioelektron vasitələrinin parametrlərini yeni texnologiyanın tətbiqi ilə yoxlanılması üzrə nazirə ətraflı məlumat verilib və sözügedən avadanlıqlar üzrə yüksək ixtisaslı mütəxəssislərin bacarıqları nümayiş etdirilib.

Qeyd edilən tədbirdən sonra I Avropa Oyunlarına hazırlığın vəziyyəti üzrə RYTN-in birlik və müəssisələri, digər əlaqədar strukturların rəhbərlərinin I Avropa Oyunlarına hazırlıq üzrə Nazirlikdə geniş iclas keçirilib.

İclasda giriş sözü ilə çıxış edən rabitə və yüksək texnologiyalar naziri Ə.Abbasov I Avropa Oyunların yüksək səviyyədə keçirilməsində telekommunikasiya, radio-televiziya, internet və digər rabitə xidmətlərinin və radiotezliklərinin əhəmiyyəti, oyunların hazırlıq dövründə müvafiq Əməliyyat Komitəsinin tələblərinə uyğun işlərin lazımi səviyyədə yerinə yetirildiyi və başa çatdırıldığı, RYTN-in rabitə birlik və müəssisələrinin, digər əlaqədar strukturların Komitə ilə birgə səmərəli fəaliyyət göstəridikləri qeyd edilib. Daha sonra müvafiq təşkilatlarla birlikdə xüsusi rabitə xidmətlərinin təşkilinə və dövlət və strateji internet saytlarının mühafizəsinə və informasiya təhlükəsizliyinə, internet xidmətlərinin təşkilinə, yeni əsas və alternativ istiqamətdə çəkilmiş rabitə kanalları, stasionar və mobil telefon xidmətinin təşkilinə, “Azerspace-1” peykinin oyunların yayımında istifadəsinə dair məlumatları dinlənilib.

Oyunlara hazırlıq dövründə Bakı, Gəncə, Mingəçevir şəhərlərində və respublikanın iri avtomobil magistrallarında “Global Wireless Solutions” şirkətinin (ABŞ) eksperti tərəfindən mobil rabitə xidmətlərinin əhatə dairəsi və keyfiyyətinin monitorinqinin nəticələri müzakirə edilib. Mobil operatoların rəhbərlərinin monitorinqin nəticələri və oyunların dayanıqlı və keyfiyyətli mobil xidmətlərlə təchizatı barədə görülən tədbirlərə dair məlumatları dinlənilib.

Nazirin yekun çıxışında telekommunikasiya, radio-televiziya, internet və mobil rabitə xidmətlərinin, radiotezliklərin dayanıqlığının və təhlükəsizliyinin təmin edilməsi, rabitə kanallarının və obyektlərinin etibarlı işinin təmin edilməsi, həmçinin mühafizəsinin daha da gücləndirilməsi üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verdiyi, oyunların telekommunikasiya xidmətləri ilə təchizatı və radiotezliklərlə təminatı üzrə hazırlığın lazımi səviyyədə olduğunu qeyd etdiyi və oyunların yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirdiyi deyilir.

Son xəbərlər

Orphus sistemi