​Rabitə və yüksək texnologiyalar naziri Gəncədə vətəndaşlarla görüşəcək

​Rabitə və yüksək texnologiyalar naziri Gəncədə vətəndaşlarla görüşəcək Gəncə, Naftalan şəhərləri, Goranboy, Samux, Daşkəsən, Göygöl və Kəlbəcər rayonlarının sakinlərinin müraciətləri dinləniləcək
İKT
17 Avqust , 2016 17:07
​Rabitə və yüksək texnologiyalar naziri Gəncədə vətəndaşlarla görüşəcək

Bakı. 17 avqust. REPORT.AZ/ Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Gəncə şəhərində vətəndaşlarla görüşəcək. 

“Report” Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, görüş avqustun 22-də saat 13:00-da baş tutacaq. 

Qəbulda Gəncə, Naftalan şəhərləri, Goranboy, Samux, Daşkəsən, Göygöl və Kəlbəcər rayonlarının sakinlərinin telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və digər məsələlərlə bağlı müraciətləri dinləniləcək. 

Görüşdə iştirak etmək istəyən vətəndaşlar nazirliyin “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Qeyd edək ki, qəbula gəlmək istəyənlər üçün zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. 

Son xəbərlər

Orphus sistemi