​Rabitə və yüksək texnologiyalar naziri Ağsuda vətəndaşlarla görüşəcək

​Rabitə və yüksək texnologiyalar naziri Ağsuda vətəndaşlarla görüşəcək Ağsu, Şamaxı və Qobustanda əhaliyə göstərilən telekommunikasiya xidmətlərinin keyfiyyəti yoxlanılacaq
İKT
19 Fevral , 2015 16:39
​Rabitə və yüksək texnologiyalar naziri Ağsuda vətəndaşlarla görüşəcək

Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov fevralın 20-də Ağsu rayonunda vətəndaşlarla görüş keçirəcək. Saat 10:00-da keçiriləcək qəbulda Ağsu, Şamaxı və Qobustanda əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran suallar cavablandırılacaq.

"Report" Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, qəbulda iştirak etmək istəyən vətəndaşlar [email protected] elektron poçt ünvanı, 16 55 saylı "Qaynar xətt", 598 38 18 nömrəli telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Bununla yanaşı, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün Ağsu rayonunda 226-50-99, Şamaxı rayonunda 265-15-00, Qobustan rayonunda 245-23-30 nömrəli telefonlara zəng edə bilərlər.

Son xəbərlər

Orphus sistemi