"Rabitə dünyası" qəzeti əvəzində jurnal nəşr olunacaq

"Rabitə dünyası" qəzeti əvəzində jurnal nəşr olunacaq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi mətbu orqanı olan "Rabitə dünyası" qəzeti bağlanır
İKT
19 Dekabr , 2015 15:37
Rabitə dünyası qəzeti əvəzində jurnal nəşr olunacaq

Bakı. 19 dekabr. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) rəsmi mətbu orqanı olan "Rabitə dünyası" qəzeti yeni formatda və daha geniş auditoriyanı əhatə edən jurnalla əvəz olunacaq. Bu barədə "Report"a RYTN-in mətbuat xidmətindən məlumat verilib.

"Məqsəd İKT-yə aid yeniliklərin müasir kommunikasiya vasitələri ilə daha innovativ üsullarla çevik şəkildə auditoriyaya çatdırılmasıdır. O cümlədən, Nazirliyin fəaliyyəti ilə bağlı bütün məlumatlar mütəmadi olaraq www.mincom.gov.az rəsmi portalı və www.ictnews.az elektron xəbər xidməti vasitəsi ilə ictimaiyyətə təqdim olunacaq. Eyni zamanda, Nazirliyin mətbu orqanı olan "Rabitə dünyası" qəzeti yeni formatda və daha geniş auditoriyanı əhatə edən jurnalla əvəz olunacaq", - deyə Nazirliyin mətbuat xidmətindən bildirilib.

Son xəbərlər

Orphus sistemi