"Google" yeni texnologiya üçün patent alıb

"Google" yeni texnologiya üçün patent alıb Bu, piyadaların nəqliyyat hadisələri zamanı aldığı xəsarətin dərəcəsini azaldacaq
İKT
21 May , 2016 14:49
Google yeni texnologiya üçün patent alıb

Bakı. 21 may. REPORT.AZ/ “Google” şirkəti “Flypaper” (uçan kağız) deyilən yeni ixtirası üçün patent alıb. “Report”un xarici KİV-ə istinadən veridyi xəbərə görə, bu yenilik sürücü olmadan idarə edilən avtomobillər üçün düşünülüb.

“Google”un əldə etdiyi patent üzrə şirkət avtomobillərin ön hissəsinə bərkidilmək üçün xüsusi təbəqə hazırlayacaq. Avtomobil piyadanı vurduqda, xüsusi yapışqanın köməyi ilə o, maşının ön hissəsinə yapışıb qalacaq: “Bu, qeyri-adi bir iddia kimi səslənsə də, reallıqdır. “Flypaper” orta təsirli toqquşma üçün nəzərdə tutulub və toqquşma zamanı sərnişin daha maşına dəyərək yerə çırpılmayacaq”. Ekspertlərin fikrincə, bu, piyadaların aldığı xəsarətlərin dərəcəsini xeyli azaldacaq.

Son xəbərlər

Orphus sistemi