​QHT sədrləri ilə görüşdə videoçarx və filmlərə baxış keçirilib

​QHT sədrləri ilə görüşdə videoçarx və filmlərə baxış keçirilib Toplantıda QHT-lərin həyata keçirdikləri layihələr çərçivəsində hazırladıqları videomateriallarla bağlı komissiyanın tövsiyələri çatdırlıb
İKT
23 İyul , 2016 06:22
​QHT sədrləri ilə görüşdə videoçarx və filmlərə baxış keçirilib

Bakı. 23 iyul. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Video materialların ve elektron resursların ekspertizası üzrə Komissiyası üzvlərinin QHT sədrləri ilə görüşü keçirilib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından "Report"a verilən məlumata görə, görüşdə çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın 2016-cı il birinci və ikinci qrant müsabiqələrində qalib olan QHT-lərin həyata keçirdikləri layihələr çərçivəsində hazırlanan videomateriallarla bağlı şuranın əsas tələblərindən və yol verilən qüsurlardan danışıb.

İcraçı direktor QHT-lərin çəkəcəyi videoçarx, film və digər bu kimi materialların yalnız peşəkar meyarlar əsasında hazırlanmasının zəruri olduğunu qeyd edib.

Görüşdə komissiyaya daxil olan videomateriallara baxış keçirilib. Komissiya üzvləri, QHT rəhbərləri və ekspertlər Şuraya təqdim olunan videomateriallarla bağlı rəy və təkliflərini bildiriblər.

Toplantıda QHT-lərin həyata keçirdikləri layihələr çərçivəsində hazırladıqları videomateriallarla bağlı komissiyanın tövsiyələri çatdırlıb.

Son xəbərlər

Orphus sistemi