Prezident İlham Əliyev: "İnformasiya-kommunikasiya texnologiyalarının inkişafında yüksək göstəricilər əldə edilmişdir"

Prezident İlham Əliyev: "İnformasiya-kommunikasiya texnologiyalarının inkişafında yüksək göstəricilər əldə edilmişdir" “BakuTel” sərgi və konfransı artıq öz uğurlu fəaliyyətinin 20 illiyini qeyd edir"
İKT
1 Dekabr , 2014 19:47
Prezident İlham Əliyev: İnformasiya-kommunikasiya texnologiyalarının inkişafında yüksək göstəricilər əldə edilmişdir
Bakı. 1 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Beynəlxalq 20-ci “BakuTel–2014” telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransının iştirakçılarına müraciət ünvanlayıb.

Müraciətdə deyilir: "Hörmətli sərgi və konfrans iştirakçıları! Sizi ölkəmizin paytaxtı Bakı şəhərində səmimi qəlbdən salamlayır, Azərbaycan Beynəlxalq 20-ci “BakuTel–2014” telekommunikasiya və informasiya texnologiyaları yubiley sərgisi və konfransının işinə müvəffəqiyyətlər arzulayıram. Son illər gerçəkləşdirilən mühüm layihələr Azərbaycanın dayanıqlı və şaxələnmiş iqtisadi potensialını daha da gücləndirmişdir. Ölkə iqtisadiyyatının prioritet hədəflərdən olan informasiya-kommunikasiya texnologiyalarının inkişafında yüksək göstəricilər əldə edilmişdir və indi əhalinin əksəriyyəti genişzolaqlı internet istifadəçisidir".
Dövlət başçısı qeyd edib ki, “Azərspace–1” ilk telekommunikasiya peykinin orbitə çıxarılması nəticəsində kosmik ölkələr sırasına qoşulan ölkəmizin təşəbbüskarı olduğu “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsi Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qətnamələri ilə dəstəklənmişdir və mərhələlərlə reallaşdırılmaqdadır: "İnformasiya cəmiyyətinin inkişafına dair 2014–2020-ci illər üçün Milli Strategiyanın qəbul edilməsi dövlətimizin bu sahədə siyasətinin ardıcıl xarakter daşıdığının bariz nümunəsidir".
Prezident İlham Əliyev bildirib ki, “BakuTel” sərgi və konfransı artıq öz uğurlu fəaliyyətinin 20 illiyini qeyd edir: "Bu ənənəvi tədbiriniz ötən dövr ərzində qabaqcıl texnoloji nailiyyətlərin və yeniliklərin təqdimatına, biznes əlaqələrinin qurulmasına, təcrübə mübadiləsinə və eləcə də ölkəmizlə yaxından tanışlığa imkan verən tribunaya çevrilmişdir. Şərqlə Qərb və Şimalla Cənub arasında körpü təşkil edən Azərbaycanın tarixi İpək Yolunun virtual məkana keçirilməsinə dair təşəbbüsü mötəbər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilmişdir. İnanıram ki, sərgi və konfrans çərçivəsində aparacağınız səmərəli müzakirələr qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsinə töhfələr verəcəkdir".

Son xəbərlər

Orphus sistemi