Prezident İlham Əliyev “Kaspersky Lab” şirkətinin sahibi və icraçı direktoru ilə görüşüb

Prezident İlham Əliyev “Kaspersky Lab” şirkətinin sahibi və icraçı direktoru ilə görüşüb Kibercinayətkarlığa qarşı mübarizə sahəsində və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb
İKT
12 Fevral , 2016 20:00
Prezident İlham Əliyev “Kaspersky Lab” şirkətinin sahibi və icraçı direktoru ilə görüşüb

Bakı. 12 fevral. REPORT.AZ/ Fevralın 12-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Kaspersky Lab” şirkətinin sahibi və icraçı direktoru Yevgeni Kasperski ilə görüşü olub.

"Report" xəbər verir ki, görüşdə “Kaspersky Lab” şirkətinin Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlığından məmnunluq ifadə olunub. Əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib. Kibercinayətkarlığa qarşı mübarizə sahəsində və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi