Pentaqon: Kiberhücumların qarşısını almaq iqtidarında deyilik

Pentaqon: Kiberhücumların qarşısını almaq iqtidarında deyilik "ABŞ-ın infrastruktur obyektlerərini kiber zərbələrdən qorumaq olduqca çətin olacaq"
İKT
15 Aprel , 2015 06:21
Pentaqon: Kiberhücumların qarşısını almaq iqtidarında deyilik

Bakı. 15 aprel. REPORT.AZ/ ABŞ, böyük ehtimalla, düşmən kiberhücumlarının qarşısını ala bilməyəcək. "Report"un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Amerika Senatında çıxış edən ABŞ Müdafiə Nazirinin müavini Erik Rozenbah belə deyib.

Onun sözlərinə görə, əyər ABŞ kiber hərhansı zərbəni həyata keçirmək qərarına gəlsə, düşmən tərəfin buna cavab olarak atacağı addımlar Amerikada ciddi fəsadlara səbəb ola bilər. Çünkü ABŞ-ın infrastruktur obyektlerərini qorumaq olduqca çətin olacaq.

E.Rozenbah hesab edir ki rəsmi Vaşinqton "diqqətli siyasət" yürüdməlidir və maksimum dərəcədə kibersahədə qarşıdurmadan uzaq olmalıdır.

Son xəbərlər

Orphus sistemi