​Payız-qış mövsümündə rabitə vasitələrinin dayanıqlı iş rejiminin təmin edilməsi məqsədilə tədbirlərə başlanılıb

​Payız-qış mövsümündə rabitə vasitələrinin dayanıqlı iş rejiminin təmin edilməsi məqsədilə tədbirlərə başlanılıb Təmir və yenilənmə işləri aparılıb
İKT
12 Avqust , 2015 12:47
​Payız-qış mövsümündə rabitə vasitələrinin dayanıqlı iş rejiminin təmin edilməsi məqsədilə tədbirlərə başlanılıb

Bakı. 12 avqust. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) Bakı şəhəri və bölgələrdə yerləşən ERNM-in (efirə radionəzarət məntəqəsi) payız-qış hazırlığının təmin edilməsi məqsədi ilə elektrik naqilləri, açarlar, elektrik yuvacıqlarının izolyasiya müqaviməti yoxlanılıb və rabitə avadanlıqlarının qış şəraitində normal işləməsi üçün lazımi materiallarla təchiz edilib.

RYTN-dən “Report”a verilən məlumata görə, nəqliyyat vasitələrinin şin, akkumulyatorlarla təmini üzrə müvafiq tədbirlər görülür. ERNM-də anten-fider təsərrüfatında profilaktika və tənzimləmə işləri aparılıb.

Əməyin mühafizəsi, təhlükəsizlik, yanğına qarşı görüləcək tədbirlər ilə əlaqədar DRİ-nin struktur bölmələrinə və regional məntəqələrinə baxışlar keçirilib, aşkarlanmış çatışmazlıqlar üzrə lazımi təhlükəsizlik mal-materialları alınaraq, məntəqələrə paylanıb.

İdarəyə məxsus obyektlərin mühafizəsi, obyektlərin yanğınsöndürmə, siqnalizasiya kimi təhlükəsizlik vasitələri ilə təchizi təmin edilir və mütəmadi olaraq nəzarətdə saxlanılır. Köhnə və vaxtı keçmiş yanğınsöndürmə balonları yenisi ilə əvəz edilib.

Son xəbərlər

Orphus sistemi