Oracle Texnoloji Şəbəkəsi Azərbaycana gəlir

Oracle Texnoloji Şəbəkəsi Azərbaycana gəlir Tədbirdə Avropa, Yaxın Şərq və Afrika şirkətləri iştirak edəcəklər
İKT
28 Yanvar , 2016 18:55
Oracle Texnoloji Şəbəkəsi Azərbaycana gəlir

Bakı. 28 yanvar. REPORT.AZ/ Mayın 14-də Bakıda böyük texnoloji şirkətlərin birgə görüşü baş tutacaq. "Report" xəbər verir ki, OTN (Oracle Texnoloji Şəbəkə) EMEA (Avropa, Yaxın Şərq və Afrika) turu məşhur və ən yaxşı "Oracle" ACE və ACE derektorları və Rock Star Speakers-lərdən ibarət nümayəndə heyətini regiona gətirəcək. 

Turun məqsədi EMEA regionunda bütü dünyadan gələn "Oracle" ekspertlər tərəfindən ən son bilikləri ilə bölüşmək, müstəqil araşdırmaları aparmaqdır. Bu, "Oracle" icmaların inkişaf üçün yönəlmiş tamamilə pulsuz tədbirdir. 

EMEA regionundan olan yerli "Oracle" istifadəçi qrupları dalbadal üçüncü il regionda tur təşkil etmək üçün birgə çalışır. Avropa, Yaxın Şərq və Afrika ölkələri ziyarət etdikləri 2014-cü ildə MENA (Yaxın Şərq və Şimali Afrika) və 2015-ci ildə EMEA turlarının əvvəlki uğurlarını əsas götürərək, OTN yeni məkan üçün bütün dünyadan ekspertləri bir araya gətirir.

Qeyd edək ki, tədbir mayın 10-da Düsseldorfda (Almaniya), 12-də Milan (İtaliya) və 16-da Buxarest (Rumıniya) keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi