​Ölkə üzrə əhalinin 75%-i internet istifadəçisidir

​Ölkə üzrə əhalinin 75%-i internet istifadəçisidir 100 nəfərə düşən mobil abunəçilərin sayı 112-yə bərabərdir
İKT
23 Oktyabr , 2015 17:14
​Ölkə üzrə əhalinin 75%-i internet istifadəçisidir

Bakı. 23 oktyabr. REPORT.AZ/ Azərbaycan üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 18,65 ədəd, hər 100 ailəyə düşən telefon aparatlarının sayı isə 69,01 ədəd təşkil edir. Hazırda ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 112-yə bərabərdir.

"Report" xəbər verir ki, bu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

"Ölkə üzrə əhalinin 75%-i internet, 65%-i isə genişzolaqlı internet istifadəçisidir. Həmçinin, ev təsərüfatlarının 58,3%-də kompüter var və ev təsürrüfatlarının 75,2%-nin internetə çıxışı var. Evdə əhali internetə 70,6% genişzolaqlı xətlə, 25,4% mobil telefonla, yalnız 3,7% modem (dial-up) vasitəsilə qoşulur.

Son 5 ildə genişzolaqlı xətlə qoşulma 18 dəfə artıb, dial-up qoşulma isə 13 dəfə azalıb. İnternet və genişzolaqlı internet istifadəçiləri göstəricilərinə görə Azərbaycan dünya orta göstəricisini təqribən 2 dəfə qabaqlayır", - nazirliyin məlumatında bildirilir.

Son xəbərlər

Orphus sistemi