"Nokia" telefon bazarına geri qayıdır

"Nokia" telefon bazarına geri qayıdır Brendin yeni telefonlarının 2016-cı ilin 4-cü rübündə satışa çıxarılacağı gözlənilir
İKT
22 Aprel , 2015 20:58
Nokia telefon bazarına geri qayıdır

Bakı. 22 aprel. REPORT.AZ/ Mobil cihazlar istehsal edən bölməsini “Microsoft”a satan "Nokia" öz markasını daşıyan yeni mobil telefon istehsalına hazırlaşır.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bir dövr telefon bazarında yüksək satışlar həyata keçirən Finlandiya şirkəti "iPhone" və "Android" smartfonları bazara daxil olandan sonra istehsalı dayandırıb. Ardından “Microsoft”la əldə olunan razılıqdan sonra telefon bazarından tamamilə silinib. “Microsoft” "Windows Phone" istehsalçısı olaraq "Nokia" markasını telefonların üzərindən ləğv etdikdən sonra şirkət öz adı altında yeni telefonlar istehsal etmək üçün hazırlıqları tamamlayıb.

Qeyd edək ki, şirkət telefon bölməsini 7 milyard dollara “Microsoft”a satıb və razılaşmaya görə 2016-cı ilin sonunadək "Nokia"nın telefon istehsal etməsi qadağandır. Brendin yeni telefonlarının 2016-cı ilin 4-cü rübündə satışa çıxarılacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi