"Nokia" mobil telefon bazarına qayıdır

"Nokia" mobil telefon bazarına qayıdır "Microsoft" telefon bazarı ilə bağlı aktivlərini satır
İKT
18 May , 2016 20:11
Nokia mobil telefon bazarına qayıdır

Bakı. 18 may. REPORT.AZ/ “Microsoft” şirkəti telefon bazarı ilə bağlı aktivlərini 350 mln. ABŞ dollarına satır. “Report” xəbər verir ki, hissələr Tayvanın "Foxconn" və "Nokia"nın keçmiş işçiləri tərəfindən yeni yaradılmış “HMD Global”a satılır.

Satış şərtlərində mobil telefon aktivləri, brendlər, proqram təminatı və təchizat razılaşması xidmətlərinin "Foxconn"un törəməsi olan “FIH Mobile” və "HMD Global"a satılması nəzərdə tutulub. Həmçinin, 4 500 əməkdaşın da adıçəkilən şirkətlərə transfer edilməsi gözlənilir.

“Microsoft” mobil telefonlar üçün “Windows 10” əməliyyat sistemini və "Lumia" brendini təkmilləşdirməkdə davam edəcək. Həmçinin, "Acer" və "Alcatel" kimi "Windows" sistemi tətbiq edən tərəfdaşlarla əlaqələri daha da möhkəmləndirəcək.

Tranzaksiyanın bu ilin ikinci yarısında tamamlanacağı gözlənilir. "HMD Global" isə açıqlamasında göstərib ki, "Nokia" brendini bazara qaytaracaq. Şirkətin açıqlamasında göstərilir ki, "Microsoft"la əldə edilən razılaşmaya görə, 2024-cü ilə qədər "Microsoft"un funksiya və dizaynları telefonlarda qalacaq: “Qlobal bazarda "Nokia" brendini dəstəkləmək bu brenddə mobil telefon və tabletləri bazara çıxarmaq üçün qarşıdakı 3 ildə 500 mln. dollar investisiya yatırmağı düşünürük”.

Son xəbərlər

Orphus sistemi