Naxçıvanda torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması qaydaları təsdiqlənib

Naxçıvanda torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması qaydaları təsdiqlənib Ali Məclisin sədri Vasif Talıbov bununla bağlı fərman imzalayıb
İKT
4 Aprel , 2016 20:42
Naxçıvanda torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması qaydaları təsdiqlənib

Bakı. 4 aprel. REPORT.AZ/ “Naxçıvan Muxtar Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması haqqında qaydaları” təsdiq edilib.

“Report”un xəbərinə görə, bununla bağlı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov fərman imzalayıb.

Qaydalar dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunu aparmaq məqsədi ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması mexanizmini müəyyən edir.

Son xəbərlər

Orphus sistemi