​Naxçıvanda I rübdə 7 poçt şöbə və bölməsi avtomatlaşdırılıb

​Naxçıvanda I rübdə 7 poçt şöbə və bölməsi avtomatlaşdırılıb Poçt bölmələri lazımi avadanlıqlarla təmin olunub
İKT
20 Aprel , 2015 15:27
​Naxçıvanda I rübdə 7 poçt şöbə və bölməsi avtomatlaşdırılıb

Bakı. 20 aprel. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında poçt sisteminin təkmilləşdirilməsi məqsədilə bu ilin ilk rübü ərzində 7 poçt şöbə və bölməsi avtomatlaşdırılıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bu, 2015-ci ilin ilk rübündə muxtar respublikanın sosial-iqtisadi inkişafına dair hesabatda əksini tapıb.

Bununla yanaşı, Şərur rayonunda Kürkənddə və Babək rayonunun Qoşadizə kəndində yeni poçt bölmələri istifadəyə verilib, Culfa rayonunun Bənəniyar kəndində poçt bölməsi əsaslı təmir edilib.

Bundan əlavə, Naxçıvan şəhərinin Qaraçuq kəndində poçt bölməsi yeni binaya köçürülüb, Ordubad rayonunun Dəstə və Kotam, Culfa rayonunun Şurud kəndlərində və Şərur rayonunda Cəlilkənddə poçt bölmələri lazımi avadanlıqlarla təmin olunub.

Son xəbərlər

Orphus sistemi