​Mobil ofislər vasitəsilə yerlərdə mülkiyyət sənədləri qəbul edilib

​Mobil ofislər vasitəsilə yerlərdə mülkiyyət sənədləri qəbul edilib Rayonun qəsəbələrində 60-a yaxın vətəndaşa hazır çıxarışlar təqdim olunub
İKT
4 Dekabr , 2015 19:34
​Mobil ofislər vasitəsilə yerlərdə mülkiyyət sənədləri qəbul edilib

Bakı. 4 dekabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi prezidentin daşınmaz əmlakın qeydiyyatı sahəsində qəbul etdiyi son fərmana uyğun olaraq respublikanın şəhər və rayonlarda mobil ofis xidmətləri vasitəsilə mülkiyyət sənədlərini qəbul etmə işlərini davam etdirir. İlk olaraq bu gün Bakının Binəqədi rayonunda vətəndaşlardan fərmanda əks olunmuş mülkiyyət sənədlərinin qəbulu həyata keçirilib.

"Report" Komitənin mətbuat xidmətinə istinadən xəbər verir ki, rayonun qəsəbələrində yaşayan 60-a yaxın vətəndaşa keçmiş kolxoz və sovxozların ərazilərində yerləşən, müvafiq əmrlərlə verilmiş həyətyanı torpaq sahələrinə dair hazır çıxarışlar da təqdim olunub. Bu tədbirlərin əsas məqsədi Bakı və regionlarda sənədləri olan əmlak sahiblərinə qeydiyyat xidmətlərini birbaşa yerlərdə çatdırmaq, vətəndaşların xidmətlərdən razılığını təmin etməkdir.

Qeyd edək ki, dövlət başçısının son fərmanı ilə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı hüquqi təminat və qanunvericilik bazası daha da təkmilləşdirilib. Bu fərman daşınmaz əmlakın qeydiyyatı zamanı tələb olunan sənədlərin siyahısını artırmaqla qeydiyyat prosesinin daha geniş hüquqi dairəni əhatə etməsini təmin edib.

Son xəbərlər

Orphus sistemi