​“Microsoft Office 2016” bu il istifadəyə veriləcək

​“Microsoft Office 2016” bu il istifadəyə veriləcək ABŞ istehsalçısı “Office”in “Windows 10” üçün sınaq versiyasını buraxmağı planlaşdırır
İKT
24 Yanvar , 2015 13:20
​“Microsoft Office 2016” bu il istifadəyə veriləcək

Bakı. 24 yanvar. REPORT.AZ/ ABŞ-ın “Microsoft” korporasiyası “Microsoft Office 2016” əlavələr paketinin buraxılma müddətini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yayıb. 

Məlumata əsasən, “Microsoft” nümayəndəsi Culiya Uayt bildirib ki, “Microsoft Office 2016” əlavəsini istifadə etmək 2015-ci ilin ikinci rübündə mümkün olacaq.

“Biz “Office 2016” haqında yeni məlumatları yaxın aylarda açıqlayacağıq, lakin paket əvvəlki “Office” görünüşünü qoruyub saxlayacaq ki, bu da klaviatura və “maus”la işləyən fərdi kompüterlər üçün çox rahatdır”, - korporasiya nümayəndəsi deyib.

Yeni “Office” əlavələri “Windows 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyən 8 düymdən kiçik smartfon və planşetlərdə pulsuz olaraq əvvəlcədən quraşdırılacaq.

Qeyd edək ki, 2015-ci ilin birinci rübündə ABŞ istehsalçısı “Office”in “Windows 10” üçün sınaq versiyasını buraxmağı planlaşdırır.

Son xəbərlər

Orphus sistemi