"Microsoft" Azərbaycanda kibertəhlükələrin artımı ilə bağlı xəbərdarlıq edib

"Microsoft" Azərbaycanda kibertəhlükələrin artımı ilə bağlı xəbərdarlıq edib Şirkət Azərbaycanda "Qaynar Xətt" açır
İKT
11 Mart , 2016 18:44
Microsoft Azərbaycanda kibertəhlükələrin artımı ilə bağlı xəbərdarlıq edib

Bakı. 11 mart. REPORT.AZ/ Kibercinayətlərin sayının artması səbəbindən kompüter piratçılığı və kibercinayətlərə məruz qalan istifadəçilərin müdafiəsi məqsədilə “Microsoft” şirkəti Azərbaycanda “Qaynar Xətt” açır. “Report”un “RED Communications”a istinadən verdiyi xəbərə görə, şirkət ölkədə kibertəhlükələrin sayının artmasını son zamanlar ölkədə korporativ kompüterlərə, veb-saytlara və şirkətlərin İT şəbəkələrinə kiberhücumların sürətli artımı ilə bağlı olduğunu bildirir.

IDC-nin hesabatına əsasən, 65% hallarda şirkət əməkdaşlarının fərdi kompüterlərinə lisenziyasız proqram təminatı quraşdırılır, hər dördüncü işçi isə öz kompüterinə qeyri-leqal proqram və tətbiqlər yükləyir.

İnternetdə “Microsoft” Korporasiyasının müxtəlif proqram məhsullarını pulsuz yükləmək təklifi vasitəsi ilə eyni saxta sxemə Azərbaycanda da rast gəlinir. Misal üçün “pulsuz “Windows” yükləmək” təklifi vasitəsilə internetdən proqram yükləndiyi zaman 100 haldan 92-də müştərilər öz məxfi məlumatlarını və pullarını itirmək riskinə məruz qalır.

Şirkətin Kibercinayətkarlıqla Mübarizə Beynəlxalq Mərkəzinin məlumatına əsasən, Şərqi Avropa ölkələrində vətəndaşların 80%-i keçmişdə kibercinayətkarlıq ilə qarşılaşıb, orta və kiçik sahibkarlıqla məşğul olan şirkətlərinin 97,5%-i isə ən azı ildə bir dəfə kibertəhlükəyə məruz qalıb.

“Cinayətkarlar yüksək texnologiyalardan istifadə etdiyi üçün təhlükə səviyyəsi daim artır. Ötən il ərzində 317 mln. zərərli proqram yaradılıb ki, bu da gün ərzində 1 milyona yaxın yeni kibertəhlükə deməkdir. “Microsoft” piratçılığa qarşı mübarizədə yalnız lisenziyalaşdırılan proqram təminatını istifadə etməyi, müntəzəm olaraq əməkdaşlara korporativ təhlükəsizlik barədə təlim keçməyi, eyni zamanda məlumatların müdafiəsi məqsədilə xüsusi proqram və cihazlardan tətbiq etməyi məsləhət görür”, - deyə “Microsoft”un MDB ölkələrində proqram aktivlərinin idarə edilməsi və lisenziyalaşma şərtlərinə əməl edilməsinin yoxlanması üzrə direktoru Dmitri Beresnyev qeyd edib.

Təkcə ötən il ərzində bütün dünya üzrə kiberhücumların zərəri 159 mlrd. ABŞ dollarına bərabər olub. “Symantec”ın məlumatına əsasən, hesabat ilində 594 mln. insan haker hücumlarının qurbanı olub.

Kompüter piratçılığı da daxil olmaqla kibercinayətlər barədə bildirmək və ya bununla bağlı məsləhət almaq istəyənlər Azərbaycan ərazisində [email protected] elektron ünvanına müraciət edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi