"Microsoft" 3 minə yaxın əməkdaşını işdən çıxaracaq

"Microsoft" 3 minə yaxın əməkdaşını işdən çıxaracaq Şirkət rəhbərliyi bu barədə qərarını qətiləşdirib
İKT
29 İyul , 2016 20:05
Microsoft 3 minə yaxın əməkdaşını işdən çıxaracaq

Bakı. 29 iyul. REPORT.AZ/ "Microsoft" şirkətində ixtisar olunacaq işçilərinin sayı yenidən artıb. 

"Report"un RBK-ya istinadən verdiyi məlumata görə, şirkət ümumilikdə 2850 nəfəri işdən çıxarmaq qərarına gəlib. Xarici mətbuat ixtisarları şirkət direktoru Satya Nadellanın telefon bazarının inkişafına dair şirkətin ambisiyalarının nəzərdən keçirilməsi üzrə planlarının bir hissəsi adlandırır.

May ayında "Microsoft" əsasən smartfonların istehsalı və satışı ilə məşğul olan 1850 nəfər işçisini ixtisar edib.

"Bloomberg" isə hesab edir ki, "Microsoft"un bu qərarı 2014-cü ildə 9,4 mlrd. dollara əldə etdiyi "Nokia"nın telefon biznesinin alışından yaranan itkiləri azaltmaq cəhdinə xidmət edir.

Qeyd edək ki, " Windows" əməliyyat sistemi (ƏS) ilə təchiz edilmiş telefonlar 2016-cı ilin birinci rübündə dünya smartfonlar bazarının 1%-dan az hissəsinə malikdir.  Bu seqmentdə "Android" (ƏS) 84%, "Apple" isə 15%-lik yerə malikdir. 

Son xəbərlər

Orphus sistemi