Bakı. 21 may. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən elan edilmiş tenderin qalibi müəyyənləşib. “Report” xəbər verir ki, tender iki lot üzrə keçirilib.
AMB-də xüsusi proqram təminatları, server və şəbəkə avadanlıqları, habelə printer və surətçıxarma aparatı katriclərinin satın alınması üçün keçirilən müsabiqənin qalibi “GTSolutions” şirkəti elan olunub.
Artıq hər iki lot üzrə qalib olan şirkətlə AMB arasında müvafiq müqavilə imzalanıb.